BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatır

İyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı mayın 11-də başlayacaq və dörd gün davam edəcək.

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanındakı seçki qərargahı açıqlama verib. Bildirilib ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, Azadi və Qum universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri namizəd kimi seçkilərdə iştirak edə bilərlər. Prezident seçkiləri haqqında qanuna edilən dəyişikliyə əsasən namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı 75-dən yuxarı olmamalıdır.

Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, iyunun 18-də prezident seçkiləri ilə yanaşı, şəhər və kənd bələdiyyə şuralarına da seçkilər keçiriləcək.

Tarix: 9 May 2021, 20:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin