BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur memar yol qəzasında həlak oldu

Tanınmış alman-amerikalı memar Helmut Yan ABŞ-ın İllinoys ştatının Çicaqo şəhərində yol qəzasında həlak olub.

 

Pravda.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

 

Şəhər Polis İdarəsinin rəisi Steven Miller bildirib ki, hadisə zamanı Helmut Yan velosipetdə olub. Qarşıdan gələn 2 avtomobilin toqquşması nəticəsində yaxınlıqda olan memar ölümcül xəsarət alıb.

 

“JAHN Architects” ofisinin rəhbəri 81 yaşlı memar Berlindəki “Sony Center” də daxil olmaqla, dünyada inşa edilmiş bir çox məşhur stadionlar, hava limanları və göydələnlərlə tanınır.

Tarix: 10 May 2021, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin