BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaralanmış hərbçi şəhid olub

Türkiyə ordusunun Hakkari əyalətində bir neçə həftə bundan əvvəl terrorçularla baş vermiş atışma zamanı ağır yaralanan hərbçisi dünyasını dəyişib.

 

Məlumata görə, Çukurcada ağır yaralanan çavuş 24 yaşlı Murat Nar müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edilir ki, o, aprelin 24-də Çukurcada Güvəndağı ərazisində baş verən atışmada ağır xəsarət almışdı. Hərbçi xəstəxanaya yerləşdirilmişdi. Lakin həkimlərin bir neçə həftəlik səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Report

Tarix: 10 May 2021, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin