BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub - YENİLƏNDİ

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

 

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verib.

 

Dövlət başçısı hospitalda yaradılan şəraitlə tanış olub.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verib.

 

Bildirilib ki, 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeçiliyinə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma, soyutma, elektrik və su sistemləri ilə təchiz olunub.

 

***

 

11:32

 

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

 

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlət başçısına raport verib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verib.

 

undefined

undefinedundefined

undefined

undefinedundefinedundefined

undefined

undefined

undefined

undefined

undefined

undefinedundefined

undefined

undefinedundefinedundefined

 

Tarix: 10 May 2021, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin