BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

Pravda.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun 39 kilometri 2 zolaqlı, 11 kilometri isə 4 zolaqlıdır. Magistral yolda 4 yeni körpü tikilib, 6 körpü isə yenidən qurulub. Yolun üzərində 101 su keçidi quraşdırılıb, suaparıcı kanallar çəkilib.

Qeyd edək ki, müasir yol infrastrukturunun yaradılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir. Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib.

Xatırladaq ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamlarına əsasən inşa olunub.

***

 

12:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

 

Pravda.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Fotoları təqdim edirik
Tarix: 10 May 2021, 20:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin