BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşən səhiyyə naziri tapıldı

Üç gündür itkin düşən Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski tapılıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə region hökuməti məlumat yayıb. Bildirilib ki, Muraxovski Baslı kəndi ərazisində insanların qarşısına çıxıb.


Qeyd olunub ki, onun vəziyyəti yaxşıdır, Bolşeukovski bölgəsindəki bir xəstəxanada müayinə olunur.


Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, bu günə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlamışdı.

Tarix: 10 May 2021, 15:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin