BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı təqdim edildi

Azərbaycanın Ukraynadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” ("Гейдар Алиев. Личность и эпоха") üçcildlik roman-tədqiqatının Ukrayna dilində birinci cildinin təqdimatı keçirilib.

 

Pravda.az-ın məlumatına görə, mərasimdə Ukrayna Ali Radasının deputatları, səfirlər, dövlət qurumlarının rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, yazıçı və publisistlər, soydaşlarımız, diaspor rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər.

 

Kitabın müəllifi Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, roman-tədqiqatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib.

 

Səfir bildirib ki, artıq kitab 7 dildə çap olunub. E.Axundova çıxışında Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli Liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən danışıb. Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitriy Buraqo, Dilçilik İnstitutunun əməkdaşı, professor Britsin Veduşiy, Taras Şevçenko adına Milli Muzeyin Baş direktoru, yazıçı Dmitriy Stus, Ukrayna Elmlər Akademiyasının Ukrayna dili institutun direktor müavini Nina Qorqolyuk, “Ukrayna ədəbiyyatı”. Qəzetinin redaktoru Sergey Kulida, “Vselennaya” jurnalının Baş redaktoru Dmitriy Drozdovskiy “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı haqqında, ulu öndərin keçdiyi həyat yolundan danışıblar.

 

Tədbir Ukraynanın Xalq artisti, azərbaycanlı Qurban Abbasovun və ukraynalı müğənnilər Natalya Kudryaşova, Stanislav Zubar və digərlərinin ifasında bədii hissə ilə davam edib.

Tarix: 10 May 2021, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin