BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan parlamenti yenidən Paşinyanın namizədliyini qəbul etmədi

Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin Baş naziri postuna irəli sürülmüş namizədliyini rədd edib.

Pravda.az xəbər verir ki, bununla da parlamentin buraxılması zərurəti yaranıb.

Paşinyanın lehinə 1, əleyhinə 1 deputat səs verib, 76 millət vəkili bitərəf qalıb, 25 nəfər isə səsvermədə iştirak etməyib.

Parlamentin spikeri Ararat Mirzoyanın sözlərinə görə, yeni parlamentin tərkibi seçilənə qədər köhnə tərkib həmişəki kimi fəaliyyət göstərməyə davam edəcək. Bu səbəbdən millət vəkilləri növbəti iclaslarda yenidən görüşəcəklər.

Xatırladaq ki, Paşinyan erkən parlament seçkilərinin keçirilməsində izlənilməli olan rəsmi konstitusiya proseduru səbəbindən seçilməyib (bu, hakimiyyət və müxalifət tərəfindən razılaşdırılıb). Parlamentin buraxılması üçün millət vəkilləri iki dəfə baş nazir seçməli deyillər. İlk səsvermə 3 may tarixində baş tutub.

Erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Yeni tərkibli parlament həmçinin, yeni Baş naziri seçəcək.

Tarix: 10 May 2021, 20:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin