BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində 7 avtomobil qəzaya uğradı, xəsarət alan var - FOTOLAR

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

 

Pravda.az xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

 

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

 

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

 

Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.

 

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

undefined

undefined

undefined

 

Tarix: 10 May 2021, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin