BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Koronavirusa yoluxma və ölüm sayı azalır, amma...”

“Dünyanın bir çox bölgəsində koronavirusa yoluxma və ölüm sayları düşür. Ancaq vaksin əlçatanlığındakı “şok edən qlobal bərabərsizlik” pandemiyanın bitməsinin önündəki ən böyük risklərdən biridir”.

 

Pravda.az xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.

 

“Koronavirusa yoluxmaların sayında bir durğunluq görürük. ABŞ və Avropa da daxil olmaqla, bir çox bölgədə yoluxma və ölüm sayı azalıb.

 

Keçən həftə dünya miqyasında 5,4 milyondan çox yoluxma və təxminən 90 min koronavirusdan ölüm faktı qeydə alınıb. Bu rəqəmlər çox yüksəkdir”.

 

Qebreyesus əlavə edib ki, pandemiya başlayandan indiyədək ÜST 158 milyon yoluxma faktı və 3,3 milyon ölüm qeydə alıb:

 

“Qlobal miqyasda indiyədək 1,2 milyard doz vaksin vurulub. Kifayət qədər vaksin sayına malik şanslı ölkələrdə peyvəndlər ağır xəstəlikləri və ölümləri əngəlləyib. Ancaq vaksinlərə əlçatanlıqdakı şok edən qlobal bərabərsizlik pandemiyanın sona çatmasının qarşısındakı ən böyük risklərdən biri olmağa davam edir”.

 

O vurğulayıb ki, dünya əhalisinin 53 faizini təmsil edən yüksək və üst-orta gəlirli ölkələr mövcud koronavirus vaksinlərinin 83 faizini tədarük ediblər:

 

“Bunun qarşılığında dünya əhalisinin 47 faizini təşkil edən az və orta gəlirli ölkələrə gedən koronavirus vaksinləri 17 faizdir”.

 

Tarix: 11 May 2021, 00:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin