BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü - VİDEO

Qazaxıstanın şərqində güclü meşə yanğını baş verib.


Pravda.az xəbər verir ki, Ridder şəhərinə də sıçrayan yanğın nəticəsində 35 ev külə dönüb, bir nəfər ölüb, iki vətəndaş ağır xəsarət alıb.


Ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayaraq bildirib ki, axşam saatlarında ölkənin şərqindəki 300 hektarlıq meşədə yanğın baş verib. Güclü külək səbəbindən yanğın daha da böyüyüb.


Qeyd edilib ki, şəhər sakinləri təhlükəsiz bölgəyə təxliyyə edilib. 208 nəfərlik xilasetmə briqadası, “Mi-8” və “Mi-2” helikopterləri yanğını söndürməyə çalışır.


İlkin məlumata görə, yanğın meşədə ehtiyatsızlıqdan olub.

 

 

 




Tarix: 11 May 2021, 11:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin