BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Zeynalov koronavirusdan vəfat etdi

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

 

O, 60 yaşında müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib.

 

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.

Tarix: 11 May 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin