BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər" - Lavrov

“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

 

“Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək”, - deyə S. Lavrov vurğulayıb.

 

O qeyd edib ki, Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir: “Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”.

Tarix: 11 May 2021, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin