BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İsrailin Məscidi-Aksada apardığı əməliyyatı qətiyyətlə pisləyirəm”

Soruşurlar ki, İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir? Qətiyyətlə pisləyirəm. Bu problemin bir an öncə çözülməsi hamıdan çox İsrailin faydasınadır. Çünki çevrədə nə qədər narazı etnik və ya dini topluluq olacaqsa, İsrailin də rahatsızlığı o qədər olacaqdır. Beynəlxalq hüquqa uyğun olaraq Fələstin məsələsi öz həllini tapmalıdır. Bununla belə, İsrailin Azərbaycan siyasətini və Azərbaycanın İsrail siyasətini tam dəstəkləyirəm. Qarşılıqlı faydaya əsaslanan bu siyasətin faydalı nəticəsini biz bir dövlət olaraq 44 savaşda daha bariz şəkildə gördük. Müsəlman təəssübkeşliyi vacibdir, ancaq ilk növbədə səninlə dost olanın təəsübkeşliyinə önəm verməlisən. Bu türk də ola bilər, müsəlman da, yəhudi də, xristian da, buddist də! Pakistan bizdən xeyli uzaqdadır. Dilimizi də anlamırlar, dillərini də anlamırıq. Ancaq könlümüzə ən yaxın ölkələrdən oldu. İsrail müsəlmanların xeyli hissəsinin düşmən saydığı dövlətdir. Yəhudilərə də münasibətdə barışmaz bir durum özünü göstərir. Ancaq hansı səbəbdən olursa olsun Azərbaycanı həm dövlət olaraq, həm də millət olaraq beynəlxalq arenada müdafiə etdilər, yeni silah texnologiyalarını bizdən əsirgəmədilər və savaşda qalib gəlməyimizdə bu amil mühüm rol oynadı. Demək ki, biz də Azərbaycan olaraq bu yaxşılığa yaxşılıqla cavab verməliyik. Türkiyə mövzusunda nəyisə xatırlatmaq yersiz olardı. Canı bir, qanı bir, ruhu bir qardaşlarımızdır. Biz bu üç dövləti ayrıca fərqləndirsək də, başqaları ilə də normal dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərini irəlı aparmaqdan yanayıq. Rusiya, İran, Gürcüstan, Ukrayna, Belorus, Macarıstan və sair ölkələrdə dostluq əlaqələrimiz çox vacibdir. Əlbəttə, bu  siyahıda Orta Asiya Türk dövlətlərini, Əfqanıstanı ayrıca qeyd etməyə də gərək yox. Onlar da imkanları daxilində Azərbaycana qardaşlıq dəstəyini göstərirlər. Ermənistana gəldikdə isə, az qalır, onu dost olmasa da, tərbiyəli qonşu olmağa məcbur edəcəyik. Sözümün canı odur ki, bütün məsələlərə Azərbaycanmərkəzli baxışı olmayanların niyyəti Azərbaycansevərliklə uzlaşmır demək!

 

Fazil Mustafa

 

Milli Məclisin deputatı

Tarix: 11 May 2021, 13:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin