BURADA REKLAMINIZ OLA
BİLƏR

Sergey Lavrov: “Rusiya bir sıra Avropa və NATO ölkələrində də nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxır”

“Minalanmış ərazilərin xəritəsi, eləcə də humanitar məsələləri həll etmək üçün buradayıq”.

 

Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

 

Nazir hesab edir ki, humanitar məsələlərə minalanmış ərazilərin xəritəsinin verilməsi, həlak olanların meyitlərinin qalıqlarının və əsirlərin qaytarılması da daxildir: “Artıq ilk addımlar atılıb. Hesab edirik ki, bu problem tezliklə həll olacaq”.

 

S. Lavrov harada baş verməsindən asılı olmayaraq nasizmin qəhrəmanlaşdırılmasını pislədiklərini bəyan edib: “Rusiya bir sıra Avropa və NATO ölkələrində də nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxır”.

 

Tarix: 11 May 2021, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin