BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovdan Bayden-Putin görüşü ilə bağlı açıqlama

“Moskva Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşünə pozitiv yanaşır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

 

Lavrovun sözlərinə görə, Prezident Putin əvvəllər də dəfələrlə bəyan edib ki, Rusiya və ABŞ nüvə ölkələri kimi dünyada vəziyyətə görə xüsusi məsuliyyət daşıyır.

 

“Daha əvvəl Ağ Evdən bildirilib ki, ikitərəfli münasibətlər əsnasında yaranan sualları müzakirə etmək üçün Bayden bu ilin yay ayında Avropa ölkələrindən birində Putinlə görüşməyə hazırdır. Baydenin Prezident Putinlə danışığı zamanı təklif etdiyi Rusiya-ABŞ sammitinin perspektivlərinə müsbət yanaşırıq”, - deyə rusiyalı nazirbildirib.

 

S. Lavrov onu da əlavə edib ki, Rusiya-ABŞ sammitinin əsas mövzusu strateji stabillik olmalıdır: “Vaşinqtonla dialoq vacibdir. Xüsusilə də ABŞ tərəfinin davamlı olaraq, silahlar üzərində nəzarət mexanizmlərini tamamilə dağıtdığı bir vaxtda dialoqu vacib hesab edirik. Biz amerikalı həmkarlarımıza gündəlikdə duran məsələlərin müəyyən olunması üçün təkliflərimizi vermişik. Bizə gəldikdə isə vurğuladığımız məsələlərin müzakirəsini vacib hesab edirik”.

Tarix: 11 May 2021, 14:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin