BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ehtiyatda olan 5 min hərbçi orduya çağırılır - İsraildə

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi səbəbindən ehtiyatda olan 5000 hərbçini xidmətə çağıracaq.

 

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Müdafiə naziri Benni Qantz, Cənub Bölgəsi və Maddi-Texniki Təminat Müdirliyinin qüvvələrini gücləndirmək üçün müxtəlif bölmələrin ehtiyatından olan 5000 hərbçinin səfərbər olunmasına icazə verib",-deyə açıqlamada qeyd olunub.

 

Qeyd edək ki, Qəzzaya hücum zamanı 9-u uşaq olmaqla 20 fələstinli həlak olub, yaralı sayı 100-ə çatır. İsrail ordusu Qəzza sektorundan İsrail ərazisinə raketlər atıldığını bildirib və buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirildiyini açıqlayıb.

 

Artıq 250-dən çox raketin HHM sistemləri tərəfindən zərərsizləşdirildiyi deyilir.

Tarix: 11 May 2021, 16:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin