BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kanadanı müdafiə etmək ermənini müdafiə etməkdir" - Prezidentin fikirləri bəzilərində niyə qıcıq yaradıb?

"Ermənistanı açıq dəstəkləyən Kanada barədə Prezidentin fikirləri bəzilərində niyə qıcıq yaradıb? Nə olsun ki, Kanada ərazi baxımından ikinci dövlətidir? Nə olsun ki, əhalisi bizim əhalidən 3 dəfədən çox artıqdır? Nə olsun ki, adambaşına düşən ÜDM-ə görə bizdən əhəmiyyətli dərəcədə qabaqdadırlar? Nə olsun? Deməli, onlar işğalçını, xalqımıza qarşı soyqırım, hərbi və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanı dəstədiklərinə görə bizim etiraz hüququmuz yoxdur? Ərazi bütövlüyümüzü tanımayan dövlət nə qədər böyük olur olsun, əhalisi nə qədər varlı olur olsun. Belə dövlətlər bizim üçün heç kimdir".


Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

 


"Kanadada insan hüquqları müdafiə olunurmu? Olunur. Amma onlar "insan" dedikdə yerli xalqı nəzərdə tutmur. Baxın görün BMT-nin İnsan Hüquqları Komitəsinə yerli xalqlardan nə qədər şikayətlər var. Mülki və Siyasi Hüquqlar Haqqında Paktın 1-ci maddəsinin (Özünütəyinetmə hüququ (self determination)) pozulması ilə bağlı şikayətlərin əsasında o durur ki, yerli xalqlara öz dilindən, öz təbii sərvətlərindən istifadə etmək hüququ tanınmır. Yerli əhalinin özünü identifikasiya edəcək bütün mədəni, tarixi irsi məhv edilib. Kanadanı müdafiə etmək, dolayısı ilə ermənini müdafiə etməkdir. Bununla belə informasiya müharibəsində və lobbi fəaliyyətində geridə qalmağımızı da etiraf etməliyik. Nə qədər qərəzli olsalar belə, onlara haqlı olduğumuzu çatdırmaq üçün ciddi işlər görməliyik. Biləcəridən o tərəfə getməyən propoqandamız barədə dəfələrlə yazmışam. İnformasiya blokadasını yarmaq işində Prezidentə kömək etməli olan qurumlar hardadır?!" - S.Məmmədov bildirib.

Kənan

Tarix: 11 May 2021, 21:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin