BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT baş katibinin Rusiyaya səfəri başlayır - TƏCİLİ

Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.

Pravda az xəbər verir ki, BMT rəhbərinin çərşənbə günü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla Ukrayna məsələsini və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəyi planlaşdırılır.

Antoniu Quterreşin həmçinin onlayn formatda Rusiya prezidenti Vladimir Putinlə danışıqları gözlənilir.

Səfər Rusiya hökumətinin dəvəti ilə keçirilir və mayın 14-dək davam edəcək.

Quttereş təyyarə ilə Rusiyaya yola düşməsi ərəfəsində bildirib, Lavrovla görüşdə bütün təhlükəsizlik məsələlərini, o cümlədən Liviyada, Suriyada, Yəməndə, Ukraynada, Əfqanıstanda münaqişələr ətrafında yaranmış vəziyyətin müzakirəsini planlaşdırır.

Baş katibin sözlərinə görə, onun hədəfi təşkilatın fəaliyyətinin bütün sferalarında Rusiya Federasiyası ilə BMT arasında çox əhəmiyyətli əməkdaşlığın gücləndirməsinə imkan yaratmasından ibarətdir.

Tarix: 12 May 2021, 04:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin