BURADA REKLAMINIZ OLA
BİLƏR

HƏMAS İsrailə daha 100 raket atıb

HƏMAS hərəkatının "İzzəddin al-Kassam briqadası" silahlı qanadı İsrailin Hərbi Hava Qüvvələrinin zərbələrinin yenidən başlanmasına cavab olaraq bu ölkənin cənubundakı Beer-Şev şəhərinə tərəf 100 raket buraxıb.


Pravda.az xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilir.


"İndi çoxmərtəbəli yaşayış binalarına düşmənin zərbələrinin yenidən başlanmasına cavab olaraq işğal altındakı Beer-Şevə tərəf 100 raket buraxılıb. Sonra daha genişmiqyaslı olacaq", - bəyanatda qeyd edilir.


İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə yenidən zərbələr endirməyə başlayıb.


“Al-Aksa” radiosu bildirib ki, Fələstinin təcili tibbi yardım maşınları İsrailin Hərbi Hava Qüvvələrinin aviazərbələri zamanı həlak olmuş üç nəfərin meyitini və dörd yaralını Təl-Hava rayonunun xəstəxanasına çatdırıb.


Daha əvvəl bildirilirdi ki, İsrail Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində 32 nəfər həlak olub. Onlardan 10-u uşaqlardır. Zərbələr nəticəsində daha 220 nəfər yaralanıb. İsrail tərəfdən 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Tarix: 12 May 2021, 05:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin