BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahzadə Harri Britaniyanı tərk etdi

Şahzadə Harri Böyük Britaniyanı tərk edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “The Sun” məlumat yayıb.

 

Məlumata görə, o, Kanadaya, xanımı Meqan Marklın və oğlu Arçinin yanına gedib.

 

Qeyd edilir ki, Harri Londonda Britaniya-Afrika investisiya sammitində iştirak etdikdən sonra axşam reysi ilə uçan təyyarə ilə Kanadaya gedib. Harri Britaniya paytaxtında ölkənin baş naziri Boris Consonla görüşüb.

 

Nəşr iddia edir ki, şahzadə Harri ölkəni elə tərk istəyib ki, hətta Bukinhem sarayında axşam qəbuluna da çıxmayıb. O, burada təşkilatçılardan biri olmalı idi.Report

Tarix: 21 Yanvar 2020, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin