BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin ailə üzvləri ilə Şuşaya səfər etməsi fövqəladə əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyevin ailə üzvləri ilə Şuşaya səfər etməsi fövqəladə əhəmiyyətə malikdir. Dövlət başçısı Qarabağa tez-tez səfər etməklə bu ərazinin əzəli olaraq Azərbaycana məxsus olmasını ifadə edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

 

Deputat bildirib: “Cənab Prezident bildirdi ki, “Xarıbülbül” musiqi festivalı Şuşada hər il keçiriləcək. Bu festivalda Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çıxış edəcəklər. Bu, onu göstərir ki, Qarabağ müharibəsində bütün xalqların nümayəndələri böyük şücaət göstəriblər. Prezident festivalın açılışında çıxış etdi. Ali Baş Komandan bildirdi ki, Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq. Vurğuladı ki, Şuşanın 270 illiyi qeyd ediləcək. Cənab İlham Əliyev qeyd etdi ki, Şuşanın xüsusi aurası var, heç bir şəhərdə olmayan kimi... Doğrudan da, belədir. Yadıma Şuşa səfərlərim düşdü. Şuşanın xüsusi aurasının olması müqəddəslik ehtiva edir. Kövrəkliklə yanaşı, vüqar hissimiz də oldu. Ən önəmli məsələlərdən biri də Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan məscidin modern memarlıq üslubunda layihələndirilərək inşa edilməsidir. Məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir. Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Bu, Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini simvolizə edir. Daha sonra “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub. Səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar. Bildirilib ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verib. Prezidentin Şuşa səfəri hamını riqqətə gətirdi. Bu səfər Şuşanın - Azərbaycanın mədəniyyət mərkəzinin xalq, dövlət, ölkə rəhbərliyi üçün nə dərəcədə önəmli olduğunu göstərdi”.

 

Kənan Mirzəyev

Tarix: 13 May 2021, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin