BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan Rusiyanın qorxusundan çətin ki, razılaşsın”

"İrəvanda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyi təklifini irəli sürüb. Gürcüstanın baş naziri bu təklifi bir neçə gün əvvəl Bakıda da səsləndirmişdi. Eyni təklifi Gürcüstanın xarici işlər naziri David Zalkaliani da dilə gətirib: “Gürcüstan Tbilisini Azərbaycan və Ermənistan arasında dialoq platforması üçün təklif etməyə hazırdır”. David Zalkliani Gürcüstanın önəmli siyasi məsələlər üzrə vasitəçiliklə bağlı resursunun mövcüdluğu ilə bağlı illüziyasının olmadığını desə də Tbilisidə müzakirəsi mümkün olan mövzuları bu cür sadalayıb: “İqtisadi əməkdaşlıq, kiçik və orta sahibkarlıq, insanlar arasında əlaqələr və humanitar məsələlərlə bağlı vasitəçiliyimiz mümkündür”. David Zalkaliani Gürcüstanın Cənubi Qafqazın üç ölkəsi arasında dialoqa hazırlığını ifadə edərək siyasi iradə olarsa, nəzərəçarpacaq nəticələr əldə etmək mümkünlüyünü vurğulayıb".

 

Pravda.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu deyib ki, nə Bakının, nə də İrəvanın Tbilisinin vasitəçilik təklifinə konkret cavabı var: "Hazırda Azərbaycanla Ermənistan arasında vasitəçi – moderator Rusiyadır. Moskva diplomatik münasibətləri olmayan Gürcüstanın Azərbaycanla Ermənistan arasında ikinci moderator kimi meydana çıxmasına razılaşmaz. Azərbaycanla Gürcüstan bir-birlərinin ərazi bütövlüklərini dəstəkləyir və strateji əlaqələrini qoruyurlar. Buna görə də Gürcüstanın moderatorluğundan Azərbaycana zərər gəlməz. Onsuz da keçmiş illərdə də Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri əsasən Tbilisidə görüşüb fikir mübadiləsi aparırdılar. Ancaq Tbilsinin başqa mövzular üzrə vasitəçilik iddiasına Ermənistan Rusiyanın qorxusundan çətin ki, razılaşsın. Bunu Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın gürcü həmkarıyla birgə mətbuat konfransındakı sözləri də sübut edir: “Hər bir münaqişənin fərqli xüsusiyyəti var. Bu mənada həssas məsələlərdə ölçülü yanaşmanın qorunmasına ehtiyac var”. Yəni Paşinyan bu açıqlama ilə rəsmi Tbilisiyə eyham vurur ki, Siz Azərbaycanı Ermənistandan üstün tutduğunuz halda balansı pozursunuz və bu halda Sizin vasitəçiliyinə razılaşa bilmərik".

Tarix: 13 May 2021, 00:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin