BURADA REKLAMINIZ OLA
BİLƏR

ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd vurdurdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd vurdurub.


Pravda.az xəbər verir ki, bu barədə Baş direktor “Twitter” hesabında yazıb.


ÜST rəhbəri peyvəndin insanları xilas etdiyini bildirib. Qeyd edib ki, koronavirus əleyhinə peyvəndlərin ən qısa zamanda bütün ölkələrə çatdırılması çox vacibdir.


Qebreyesus, həmçinin, peyvəndlərin mövcud olduğu ölkə vətəndaşlarına koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı çağırış edib.

Tarix: 13 May 2021, 06:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin