BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ramazan bayramı əbədi olaraq mədəniyyət paytaxtımız Şuşaya, Qarabağa qayıtdı” – Nəsib Məhəməliyev

“Bu ilki Ramazan son 30 ildə qeyd etdiyimiz bayramlardan tam fərqlənir. Mənfur düşmənin havadarlarının dəstəyi ilə işğal altında saxladığı  Qarabağımız azad olundu. Milyonlarla insanın duaları qəbul olundu. Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev, Ramazan bayramı ərəfəsində azad Şuşada yeni məscidin təməlini qoydu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

N.Məhəməliyev qeyd edib ki, Vətən müharibəsində qələbənin simvoluna çevrilmiş  “Xarıbülbül” beynəlxalq musiqi festivalı keçirilib: “Festivalda Azərbaycanda yaşayan bütün azsaylı xalqların, etnik qrupların iştirakı ölkəmizdə multikural dəyərlərin ən yüksək səviyyədə qorunduğunun göstəricisidir. Müqəddəs Ramazan bayramı əbədi olaraq mədəniyyət paytaxtımız Şuşaya, Qarabağa qayıtdı.

Ən böyük xoşbəxtlik isə, vətənin bütövlüyü, dayanıqlı sülhün olmasıdır”.

Tarix: 13 May 2021, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin