BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüstəm Muradov Qarabağdan gedir - Kim təyin edilib?

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

 

Bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

 

Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq.

 

Qeyd edək ki, daha əvvəl "Hraparak" Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın R. Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı.

 

Lakin T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etmişdi.

 

Qanuna görə, kontingent komandanlarının 6 aydan bir dəyişməsi mümkündür, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla bilər.

Tarix: 13 May 2021, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin