BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-ə çatdı

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-ə çatıb.

 

İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 72 nəfər həlak olub.

 

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin 17-si uşaq, 6-sı qadındır.

 

"HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.

 

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.

 

Tərəflər bir-birinə raket zərbələri endirib.

 

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.

Tarix: 13 May 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin