BURADA REKLAMINIZ OLA
BİLƏR

“Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

“Türkiyə Silahlı Qüvvələrinin tək məqsədi terrorçulara qarşı mübarizədir. Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Hatayda hərbi hava donanmasının hərbçiləri ilə görüşündə bildirib.

 

H.Akar deyib ki, 23 apreldən İraqın şimalında başladılan “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatları da uğurla davam edir: “Bu əməliyyatlarda 105 terrorçu, 291 partlayıcı, 89 mağara və sığınacaq, silah-sursat anbarlarıplanlandığı şəkildə zərərsizləşdirilib və bu mübarizəmiz əzmlə davam etməkdədir”.

Tarix: 13 May 2021, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin