BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrailə uçuşlar dayandırıldı

ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.

 

ABŞ-ın"American Airlines", "United Airlines", "Delta Air Lines" və Britaniyanın "British Airways" şirkətləri Təl-Əvivə bütün uçuşları ləğv edib.

 

"Həmkarlarımızın və müştərilərimizin təhlükəsizliyi hər zaman bizim üçün əsas prioritetdir. Biz vəziyyəti yaxından izləyirik", - deyə "British Airways"in yaydığı açıqlamada bildirilib.

 

Britaniyanın "easyJet" hava yolu şirkəti isə bildirib ki, hələlik onlar Təl-Əvivə uçuşları dayandırmır.

 

"Əlbəttə ki, biz vəziyyəti izləməyə davam edəcəyik", - deyə şirkətin sözçüsü bildirib.

 

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var.

Tarix: 13 May 2021, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin