BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov ATƏT sədri ilə sərhəddəki gərginliyi müzakirə etdi

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ann Linde "Twitter" hesabında bildirib.

"Bu gün Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət barədə danışdım. ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxında izləyir", ATƏT sədri qeyd edib.

Tarix: 13 May 2021, 21:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin