BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT Təhlükəsizlik Şurasının İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

“BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin ətrafındakı vəziyyəti müzakirə etmək üçün bazar günü toplanacaq”.


Pravda.az-ın məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində yazıb.


"BMT Təhlükəsizlik Şurası İsrail və Qəzzadakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq. ABŞ gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək”, deyə Qrinfild bildirib.


Qeyd edək ki, bundan əvvəl, sözügedən məsələ ilə bağlı Çin, Norveç və Tunis BMT Təhlükəsizlik Şurasının cümə günü açıq toplantısını tələb etmişdi, lakin ABŞ tərəflərlə diplomatik təmasların davam etməsi şəraitində görüşün gələn həftənin əvvəlinə qədər təxirə salınmasını istəmişdi.

Tarix: 14 May 2021, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin