BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev

30 illik fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının bir çox aspektlər üzrə böyük əhəmiyyəti var. Əvvəlcə bu mədəniyyət tədbirinin siyasi əhəmiyyətini qeyd etmək istəyirəm. 44 günlük Vətən müharibəsindən az sonra Şuşada belə bir festivalın təşkili və Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə dünyaya bir sıra mesajlar vermiş olduq.

 

Pravda.az xəbər verir ki, bunu “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev deyib.

 

 

Festivalın digər əhəmiyyəti isə dini dəyərlərimizə verdiyimiz əhəmiyyətlə bağlıdır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb edir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var”.

 

Trend

Tarix: 14 May 2021, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin