BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallıda keçmiş arvadını bıçaqlayan şəxs saxlanıldı

Masallı rayonunda keçmiş arvadını bıçaqlayan Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Pravda.az-ın məlumatına görə ,bıçaq xəsarəti alan Zəhra Əzizova boğaz nahiyəsindən əməliyyat olunub. Vəziyyəti stabildir, orta-ağır qiymətləndirilir.


Qeyd edək ki, tərəflər 1 ildir ki, boşanıblar. 3 övladlarından 2-si ata, 1-i isə ana ilə qalır.

APA

Tarix: 14 May 2021, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin