BURADA REKLAMINIZ OLA
BİLƏR

Çexiyanın baş prokuroru ədliyyə nazirinə görə istefa verib

Çexiyanın baş prokuroru Pavel Zeman istefasına ədliyyə naziri Mariya Beneşova ilə fikir ayrılığının səbəb olduğunu açıqlayıb.

Pravda.az xəbər verir ki, Zeman Çexiyanın şərqindəki Vrbetise kəndində döyüş sursatı anbarlarında partlayışların başvermə şəraitinin araşdırılmasına cəlb edilib. Hadisə 2014-cü ildə olub.

Onun sözlərinə görə, son zamanlar Beneşova ona "kifayət qədər güclü təzyiq" göstərib.

"Ola bilsin, mən daha əvvəl istefaya verərdim, amma Vrbetisedəki hadisə məni hələ hansısa vaxtda postda qalmağa məcbur etdi. Mən onun araşdırmasının dayanacağından ehtiyatlanmıram”, - baş prokuror deyib.

Zeman 10 ildən çox Çexiyanın baş prokuroru olub. O, iyunun 30-da baş prokuror vəzifəsini tərk edəcək.

Tarix: 15 May 2021, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin