BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazax sakinində narkotik aşkarlandı

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə edib, saxlamaqda şübhəli bilən rayon sakini, Nadir Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Pravda az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.


Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 15 May 2021, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin