BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasındakı quru sərhədi anlaşılmazlığının həllinə kömək etməyə hazırıq”.

 

Pravda.az verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

 

“İran iki qonşu ölkə olan Ermənistanla Azərbaycan sərhədindəki son vəziyyəti yaxından izləyir və anlaşılmazlığın tərəflərin dözümlülük və sülh yolu ilə ən qısa zamanda həllinə ümid edir”, - XİN rəsmisi bildirib.

 

O qeyd edib ki, İran bölgədə sabitlik və sülhü davam etdirməyin zərurəti baxımından iki tərəfi də gərginlikdən qaçmağa və beynəlxalq sərhədlərə hörmət etməyə çağırır.

 

Tarix: 15 May 2021, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin