BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşacaq

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

 

Pravda.az-ın xəbərinə görə, milli martın 26-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə də qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Tarix: 21 Yanvar 2020, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin