BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda avtomobil kanala aşdı - Sürücü ağır xəsarət aldı

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.


Pravda.az-ın məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.


“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.


Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


APA

Tarix: 15 May 2021, 20:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin