BURADA REKLAMINIZ OLA
BİLƏR

Daxili İşlər Nazirliyi Xocavəndlə bağlı məlumat yaydı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilən növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 4 ədəd müxtəlif çaplı pulemyot, 1 ədəd tank əleyhinə qumbaraatan, 5 ədəd əl qumbarası, 17 ədəd avtomat darağı və 600 ədəd müxtəli çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tarix: 16 May 2021, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin