BURADA REKLAMINIZ OLA
BİLƏR

“LUKOIL” şirkətinin Azərbaycan üzrə ilk nümayəndəsi vəfat etdi

“LUKOIL” şirkətinin Azərbaycan üzrə ilk nümayəndəsi Fikrət Əliyev uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib.

 

Bu barədə Pravda.az-a F.Əliyevin qohumu, deputat Tahir Kərimli məlumat verib.

 

T.Kərimli bildirib ki, F.Əliyev Bakının Qaraçuxur qəbiristanlığında dəfn olunub: “O, uzun müddət Rusiyada Vahid Ələkbərovla çalışıb, sıx münasibətləri olub. “LUKOIL” şirkəti yaradıldıqdan sonra Azərbaycan üzrə ilk nümayəndəsi təyin edilib. Daha sonra isə fəaliyyətini Türkiyədə davam etdirib. O, Azərbaycan üçün xeyli işlər görüb...”

 

Deputat bildirib ki, F.Əliyevin qardaşı Tahir Əliyev də 15 gün əvvəl koronavirusdan vəfat edib.

 

Allah rəhmət eləsin.

 

Kənan

Tarix: 16 May 2021, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin