BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan təkcə müsəlman deyil, xristian abidələrinə də diqqət və qayğı göstərir”

"Şuşa kimi işğaldan azad edilmiş digər bölgələrimizdə də dini irsimizin bərpası sürətli şəkildə həyata keçiriləcək və ermənilərin dağıtdıqları bütün abidələr dövlətimiz tərəfindən təmir olunaraq yenidən istifadəyə veriləcək".

 

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Şuşada yeni məscidin müasir üslubda təməlinin qoyulması və Yuxarı Gövhərağa məscidinin bərpası bizim milli-mənəvi dəyərlərə sadiq və bağlı olduğumuzu və İslam irsinin qorunması üçün bütün addımları atacağımızı sübut edir: "Ermənilər işğal etdikləri bütün ərazilərdə bizim dini abidələrimizi - həm müsəlman, həm də xristian məbədlərini dağıdıblar. Bir qismini dağıtdıqları halda bir qismində donuz, inək saxlayıblar, eyni zamanda alban kilsələrini saxtalaşdırıblar. Bildiyimiz kimi, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra, artıq burada dağıdılmış İslam irsinin bərpasına başlanılıb. Gördüyümüz kimi, Şuşada Yuxarı Gövhərağa məscidinin təmir-bərpa işləri yekunlaşaraq istifadəyə verilib. Biz Şuşaya səfər edərkən şahidi olduq ki, erməni kilsəsində də təmir işlərinə başlanılıb. Bu, onu göstərir ki, Azərbaycan təkcə müsəlman abidələrinə deyil, elə xristian abidələrinə də eyni diqqət və qayğını göstərir".

 

Nəzrin Cavid

Tarix: 16 May 2021, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin