BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün Şuşanın işğalından sonra Laçını da ermənilərə təhvil verdilər”

“Xalqımızın ağır vəziyyətində AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün Şuşanın işğalından 10 gün sonra Laçını da ermənilərə təhvil verdilər. Bütün bunlar mənfur cütlüyün hakimiyyət hərisliyi ucbatından xalqımıza qarşı törətdiyi cinayətlərdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputatın sözlərinə görə, AXC-Müsavat cütlüyünün bütün bəyanatları saxta olub və onlar xalqın başına min cür oyun gətiriblər: “Bildiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan parlaq qələbə qazandı və 30 ilə yaxın müddətdə davam edən düşmən işğalına son qoyuldu. Əlbəttə ki, Azərbaycan torpaqlarının işğala məruz qalmasına əsas səbəb I Qarabağ müharibəsində AXC-Müsavat cütlüyünün Azərbaycan xalqına, dövlətçiliyinə qarşı törətdikləri cinayətlər və xəyanətləri oldu. Onlar ölkədə yaranan vəziyyəti xaosa, anarxiyaya çevirdilər, vətəndaş qarşıdurması yaratdılar. Mənfur cütlük çirkin niyyətlərinə çatmaq və siyasi hakimiyyətə gəlmək üçün elə ilk növbədə Şuşanı işğala məruz qoydular. Çünki o vaxt Şuşa işğal olunmamışdan əvvəl, mart ayından etibarən AXC-Müsavat cütlüyünün tör-töküntülərindən olan Rəhim Qaziyev ölkəmizin müdafiə naziri vəzifəsini daşıyırdı. Hətta həmin vaxtlarda Rəhim Qaziyev demişdi ki, Şuşa işğal olunarsa, başıma güllə çaxaram. Amma hələ bu günə qədər də başına güllə çaxmayıb... Əlbəttə ki, bütün bunlar saxta bəyanatlar idi və onlar başsız qalan xalqa min cür bəla yaşatmaqla yanaşı, ölkəmizi parçalanmaq astanasına gətirib çıxarmışdılar. Bir tərəfdə qondarma Talış-Muğan Respublikasının yaradılması, bir tərəfdə Quba-Qusar-Xaçmaz zonasının Azərbaycanın tərkib hissəsindən çıxarılması, Gəncədə baş verən hadisələr və s.”.

Cavid Osmanov qeyd edib ki, rəşadətli ordumuzun işğala məruz qalmış torpaqlarımızı azad edə bilməsi məhz cənab Ali Baş Komandan İlham Əliyevin qurduğu düzgün strategiya nəticəsində mümkün olub: “Tam 30 il sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan daha qüdrətli və güclü bir ölkəyə çevrildi. Prezident müasir ordu quruculuğunu uğurla həyata keçirməyi bacararaq 44 gün ərzində işğal altından olan bütün torpaqlarımızı azad etdi. Vətən müharibəsi boyunca düşmənə sarsıdıcı zərbə vurana qədər güclü iqtisadiyyat qurmağı bacardı. Gənclərin çox böyük vətənpərvərlik ruhunda yetişməsini həyata keçirə bildi, milli birliyimizi formalaşırdı, Azərbaycanın qüdrətli ordusunu qurmağı bacardı. Beləliklə, xalq-iqtidar birliyi 44 gün ərzində özünü biruzə verdi. Düşmən məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı və  digər 3 rayonumuzu - Laçın, Kəlbəcər və Ağdamı 1 şəhid belə vermədən geri aldıq. Əlbəttə ki, düşmən buna məcbur olmasaydı, heç vaxt etməzdi. Çünki biz bilirik ki, düşmən nə I Qarabağ müharibəsində, nə də II Qarabağ Müharibəsində geri çəkilmək niyyətində olmayıb. Prezident İlham Əliyev buna yalnız qurduğu düzgün siyasət nəticəsində düşmənin belini qıraraq, heç bir şəhid də verməyə şərait yaratmadan nail oldu”.

 

Nəzrin Cavid

Tarix: 16 May 2021, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin