BURADA REKLAMINIZ OLA
BİLƏR

TikTok-da trend olan 5 tərz

İngilis mediası son günlərin ən aktual sosial şəbəkələrindən sayılan TikTok-da trend olanların siyahısını hazırlayıb.

 

Pravda.az həmin siyahını təqdim edir:

 

1. Korset

 

Bu tip geyimlə fotosessiyanı Billi Ayliş "Vogue" dərgisi üçün etmişdi. TikTok istifadəçiləri də korseti top kimi istifadə etməyə başlayıblar. Bəziləri üstündən köynək, bəziləri isə köynəyin üstündən korset geyinir. Bu cür tərz bir müddət əvvəl mayri Sayrusda da rast gəlinib.

 

2. Biserli çantalar

 

Ötən il biser aksesuarların ən çox istifadə olunan amili idi. Bu cür boyunbağ və sırğaları hər kəs taxırdı. İndi isə biserli çantalar dəb olub. TikTok-da paylaşılan videolar arasında ən çox istifadə edilən aksesuar məhz bu olub.

 

3. Rəngli tərz

 

Bir vaxtlar heç uyğunlaşdıra bilmədiyiniz rənglər bu il aktualdır. Yəni, yaşıl rəngli köynəklə bənövşəyi şalvar və ya ətək geyinə bilərsiniz.

 

4. Güllü retro geyimləri

 

Güllü parçalardan hazlanan geyimlərsiz yazı təsəvvür etmək olmur. TikTok trendləri arasında 1970-ci illəri xatırladan güllü geyimlər yer alıb.

 

5. Güllü çərçivəsi olan gün eynəkləri

 

Bu cür eynəklər hər geyimə rəngarəngli qatacaq. Eyni zamanda video və fotoları TikTok-da daha rəngarəng göstərəcək.

 

Axsam.az

Tarix: 16 May 2021, 20:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin