BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllim, şagird və valideynlərə ÇAĞIRIŞ

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələr üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 nəfər təhsil alır".

 

Bunu idarənin müdir müavini Xəyalə Əhmədzadə deyib.

 

Onun sözlərinə görə, həmçinin ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018 şagird oxuyur.

 

İdarə rəsmisi bildirib ki, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub: "Yəni, artıq paytaxt məktəblərində ümumilikdə 410 000-dən çox təhsilalanın və təxminən, 25 000-dən çox təhsilverənin əyani tədrisə qismən cəlb olunmasından söhbət gedir. Bu da təbii ki, küçələrdə, nəqliyyatda müəyyən sıxlıqla müşaiyət oluna bilər. Bu baxımdan müəllimlər, valideynlər və şagirdlər diqqətli olmalı, özlərini evdən və məktəbdən kənarda daha etibarlı qorumalıdırlar".

 

Report

Tarix: 17 May 2021, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin