BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın generalları – SİYAHI

General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.

 

Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.

 

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.

 

Pravda.az baku.ws-ə istinadən hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını təqdim edir:

 

1. Zakir Həsənov - Müdafiə naziri

 

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

 

3. Vilayət Eyvazov - Daxili işlər naziri

 

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

 

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

 

6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi

 

7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

 

8. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri

 

9. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri

 

10. Mədət Quliyev - Müdafiə sənayesi naziri

 

11. Ramil Usubov - Prezident yanında Təhlukəsizlik Şurasının katibi

 

12. Səfər Əbiyev - Eks-müdafiə naziri

 

13. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

 

14. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri.

 

15. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)

 

16. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

 

17. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri.

Tarix: 17 Noyabr 2019, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin