BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq

Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq.

 

Bu barədə Pravda.az-a Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.

 

Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, “Formula 1 Village” olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.

 

Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.

 

Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Tarix: 17 May 2021, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin