BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanla münasibətləri gərginləşdirmək Gürcüstan üçün faydalı deyil”

“Gürcüstanda baş verən xoşagəlməz olaylara birinci növbədə bu ölkənin rəsmiləri münasibət bildirməli, azərbaycanlılara qarşı təxribat həyata keçirənləri dərhal müəyyənləşdirməlidir. Bu birbaşa gürcülərin maraqlarına cavab verir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Azərbaycanla münasibətləri gərginləşdirmək Gürcüstan üçün heç faydalı deyil: “Biz isə gürcüləri anlatmalıyıq ki, iki xalq arasında nifaq yaratmaq istəyən ünvan bəllidir. Ermənistan hakimiyyəti hazırda Azərbaycanla sərhəddə panika içərisindədir və buna görə cəmiyyətinin diqqətini fərqli istiqamətə yönətlmək üçün ətrafda təxribat yarada bilər”.

Tarix: 17 May 2021, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin