BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: “Bayden, qondarma “erməni soyqırımı” məsələsində ermənilərin yanında yer aldın”

 

 

“Bu gün ABŞ Prezidenti Co Baydenin İsrailə silah verilməsi ilə bağlı imzasını gördük”.

 

Pravda.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Prezident bildirib ki, Baydenin imzası olan sənəd 850 min silahı ehtiva edir:

 

“Danışanda silahsızlanmadan danışırlar. Cənab Bayden, qondarma “erməni soyqırımı” məsələsində ermənilərin yanında yer aldın.

 

İndi insanların ölümünə səbəb olan bu hadisədə siz də qanlı əllərinizlə bir tarix yazırsınız. Bunu deməyə bizi məcbur etdiniz”.

Tarix: 17 May 2021, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin