BURADA REKLAMINIZ OLA
BİLƏR

Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Sabah – noyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-8° isti, gündüz  11-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65  % olacaq.  

Noyabrın 18-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə  və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək

Tarix: 17 Noyabr 2019, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin