BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada helikopter qəzaya uğradı: Ölən və xəsarət alanlar var

Rusiyada helikopter qəzası baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Arxangelsk əyalətində qeydə alınıb.

 

Rusiya Federasiyasının İstintaq Komitəsinin nəqliyyat üzrə Şimal-Qərb İstintaq İdarəsinin məlumatına görə, əyalətin Vaskovo hava limanından səmaya qalxan “Robinson” tipli helikopter Mudyuq adasında yerə düşüb. Qəza nəticəsində 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 1 nəfər itkin düşüb.

 

Hadisənin başvermə səbəbi açıqlanmır.

Tarix: 17 May 2021, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin